Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
!["Kontakt" artıq Hacıqabula gəldi: Açılışa özəl 60%-DƏK ENDİRİMLƏR!](https://images.oxu.az/2025/01/06/27Mi4Tz1dgfrLHMedFvnpRZUesW9tJeHWOAvPK9w:1200.jpg)
"Kontakt" artıq Hacıqabula gəldi: Açılışa özəl 60%-DƏK ENDİRİMLƏR!
Ölkənin ən aparıcı pərakəndə satış şəbəkəsi "Kontakt"ın budəfəki kompası Hacıqabulu göstərib. Bir neçə gün əvvəl baş tutmuş musiqili, hədiyyəli, bol əyləncə dolu açılış tədbiri ziyarətçilər tərəfindən həddindən artıq böyük maraqla qarşılanıb.
Mağaza ziyarətçiləri açılışa özəl olan nağda alışda 60%-dək endirimlərlə şəxsi və məişət ehtiyaclarını ən sərfəli şəkildə qarşılamaq imkanı əldə ediblər. Açılışa gələn müştərilər arasından hissəli alışda olan güzəştlərdən də yararlananlar az olmayıb. Çünki burada məhsulun endirimli qiymətini 24 ayadək bölüb rahat ödəmə imkanının olması alıcıların xüsusi diqqətini çəkib və kampaniyadan yerindəcə yararlana biliblər.
Ümumilikdə, 2 mərtəbədən ibarət olan mağazanın 1-ci mərtəbəsi rəqəmsal avadanlıqlar, kiçik və böyük məişət avadanlıqları üçün, 2-ci mərtəbəsi isə mebellər və ev tekstili üçün ayrılıb.
İndi isə, sərfəli təkliflərdən bəzilərini nəzərinizə çatdırırıq:
· Amoled ekranlı "Oppo Reno" 12F smartfonunu 730 yox, 580 manata;
· 109 sm diaqonallı "Toshiba" televizorunu 800 yox, 500 manata;
· 1400 Vt gücə malik "Tefal" ətçəkənini 220 yox, 120 manata;
· 330 vt sovurma gücü olan LG tozsoranını 300 yox, tam 50% endirimlə 150 manata;
· 7 parçadan ibarət paslanmaz polad "Schafer Vals" qazan dəstini isə 400 yox, 200 manata almaq mümkündür.
Bütün təkliflərlə daha yaxından tanış olmaq üçün dekabrın 31-dək Mərkəzi Hacıqabul bazarının yanında yerləşən "Kontakt" mağazasına baş çəkə bilərsiniz.
"Kontakt Home" teqi üzrə xəbərlər
- "Kontakt"ın "Super günlər"ində 70%-dək endirim: YALNIZ 3 GÜN
- "Kontakt"ın Binə mağazası artıq yeni ünvanda – AÇILIŞA ÖZƏL 60%-DƏK ENDİRİM
- "Kontakt"da fürsətlər yağışı: 50%-dək endirimlə al, endirimli qiyməti 24 ayadək böl
- "Kontakt" ilə "İlk addımı at", endirimli qiyməti 24 ayadək böl
- "Kontakt" bu il də taksit dövriyyəsi üzrə birincilik qazandı
Rəylər