Fələstin Dövlətinin ölkəmizdəki səfiri cənab Nasir Əbdül Kərim bu gün Avto Fm radiosunda ŞirinÇay verilişinin qonağı olub.
Oxu.Az xəbər verir ki, cənab Nasir Əbdül Kərim Fələstinə turist kimi getmək istəyən Azərbaycan vətəndaşlarına bunun yollarını açıqlayıb.
Qeyd edək ki, İslam dininə etiqad edənlər üçün müqəddəs yerlərdən biri olan Məscidül-Əqsa yəni Əl-Əqsa məscidi Fələstin dövlətinin paytaxtı Şərqi Qüdsdə yerləşir.
Bu məscid müsəlmanların ilk qibləsi olub.