“Demokratik Islahatçı Gənclər” İctimai Birliyi Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Səfir olsaydım, Azərbaycanı necə təbliğ edərdim” layihəsi sona yetib.
Oxu.Az-ın verdiyi məlumata görə, layihə çərçivəsində Gəncə, İsmayıllı və Bakıda bir sıra dəyirmi masalar keçirilib, gənclər, peşəkar media nümayəndələri, ictimai fəallarla müzakirələr aparılıb.
Layihə çərçivəsində bir qrup jurnalistin Gəncə və İsmayıllıya səfərləri təşkil olunub.
Gənclərlə görüş zamanı Azərbaycanın beynəlxalq aləmdə təbliği baxımından çox maraqlı təkliflər irəli sürülüb. Həmin təkliflər bir araya gətirilərək layihənin donoruna və lazımi qurumlara təqdim olunacaq.
Layihədə həmçinin Oxu.Az saytının əməkdaşı Nigar Orucova aktiv iştirak edib.
Xatırladaq ki, layihədə əsas məqsəd Azərbaycanın beynəlxalq aləmdə təbliği və Dağlıq Qarabağ həqiqətləri ilə bağlı beynəlxalq mediada təbliğat işinin qurulması yollarının araşdırılması olub.