DİN BDYPİ-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi (İLİİ) respublikanın şəhər və rayonlarında yararsız halda olan yol nişanlarının dəyişdirilməsi, piyada zolaqlarının rənglənməsi və digər tədbirlər həyata keçirir.
Bu barədə Oxu.Az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, dislokasiya ilə təhkim olunmuş avtomobil yollarında aparılan müayinələr, eləcə də DYP qurumlarından, media və ictimaiyyət nümayəndələrindən daxil olan məlumatlar əsasında hazırlanmış layihələrin icrası Baş İdarəyə bilavasitə tabe olan “Siqnal” İLİİ və onun regional istismar sahələrinin əməkdaşları tərəfindən mərhələli şəkildə həyata keçirilir.
Qeyd edək ki, görülən tədbirlər Tovuz, Xaçmaz, Şəki, Tərtər, Zərdab rayonlarını əhatə edir.
DİN BDYPİ-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi (İLİİ) respublikanın şəhər və rayonlarında nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirir.