Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Şəhid atası: "Elvingilin kəşfiyyat qrupu "Ohanyan səddi"ni ilk yaranlardan olub"
"Oğlum Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edirdi. Evin tək oğlu idi. 2020-ci il oktyabrın 9-da Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub".
Bu sözləri Oxu.Az-a açıqlamasında Vətən müharibəsi şəhidi Elvin İslamovun atası Elçin İslamov deyib.
"Elvingilin kəşfiyyat qrupu 25 nəfərdən ibarət olub. Onlar "Ohanyan səddi"ni ilk yaranlardan olublar. Bir neçə kilometr düşmənin dərinliyinə qədər gedib və son damla qanlarına qədər döyüşüblər. Təəssüf ki, hamısı şəhid olublar. Elvinin nəşini yalnız 20 gündən sonra - oktyabrın 29-da götürə bildik", - deyə şəhid atası qeyd edib.
Şəhid atası bildirib ki, bu gün torpaqlarımızın azadlığı və başımızın uca olmasına görə şəhidlərə borcluyuq:
"Çünki onlar bizim sınmış qürurumuzu yenidən dikəltdilər. Onu da qeyd edim ki, Elvin ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub".
Mərahim Nəsib
"27 Sentyabr - Anım Günü" teqi üzrə xəbərlər
- 44 günlük Vətən müharibəsində Zəfərin dördüncü ili dörd sözlə: Qarabağ Azərbaycandır və NİDA
- Deputat: "Şanlı Ordumuz millətimizi gələcək nəsillərin qınağından hifz etdi"
- Bu xəbərləri qaçırmayın: 27.09.2024-ün ən mühüm hadisələri
- Xankəndidə uzun illər Azərbaycana qarşı məkrli planlar hazırlanan binadan GÖRÜNTÜLƏR
- Doğma yurdlarına qayıdan füzulililər şəhidləri anıblar