"Neftçi" klubunda Marketinq departamentinin yeni rəhbəri sabiq "Beşiktaş"lı olub.
Oxu.Az xəbər verir ki, türkiyəli Kaan Cem Gültekin klubun Marketinq departamentinin rəhbəri təyin olunub. Bu barədə o, özünün "Linkedin" səhifəsində paylaşım edib.
Kaan daha əvvəl "Beşiktaş"da Marketinq departamentində çalışıb. "Neftçi"nin baş icraçı direktoru Cenk Sümer də vaxtilə "qara qartallar"da Gültekinlə birgə işləyib.
Qeyd edək ki, türkiyəli funksioner bir neçə ay öncə "Neftçi"ni AFFA-ya dəyişən Aysu İbrahimliinin yerinə gətirilib.
Rəylər