Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Şəhid atası: "Oğlum beşinci dəfə yaralanandan sonra həlak oldu"
"Ceyhun 12 il idi ki, hərbçi kimi fəaliyyət göstərirdi. Vətən müharibəsinə qədər də bir neçə döyüşdə iştirak etmişdi. Onun Füzulidə başlayan döyüş yolu Murovdağda "Elşən" zirvəsi uğrunda gedən döyüşlərdə sona çatdı".
Bunu Oxu.Az-a açıqlamasında Vətən müharibəsi şəhidi Ceyhun Abbasovun atası Namiq Abbasov deyib.
"Ceyhun müharibənin gedişində dörd dəfə yaralanmasına baxmayaraq, təxliyədən imtina edib, düşmən səngərinə qədər gedib. Sonuncu dəfə üz nahiyəsindən snayper atəşinə tuş gəlib və beşinci dəfə yaralanandan sonra şəhid olub. Biz onun nəşini 82 gündən sonra təhvil ala bildik. Dekabrın 2-də dəfn olundu. Ailəli idi. İki övladı bizə yadigar qaldı", - şəhid atası deyib.
Onun sözlərinə görə, şəhid olmaq Ceyhunun arzusu olub:
"Birinci Qarabağ müharibəsi başlayanda Ceyhunun iki yaşı var idi. Vətən müharibəsi başlayanda ona dedim ki, döyüşmək üçün niyə bu qədər tələsirsən? Dedi ki, bəs nə edim? 30 il də gözləyək ki, mənim oğlum gedib döyüşsün? Bu məsələni bu gün həll etməliyik ki, gələcək nəsillər rahat böyüyüb, boya-başa çatsınlar. Arzusuna da çatdı".
Mərahim Nəsib
"27 Sentyabr - Anım Günü" teqi üzrə xəbərlər
- 44 günlük Vətən müharibəsində Zəfərin dördüncü ili dörd sözlə: Qarabağ Azərbaycandır və NİDA
- Deputat: "Şanlı Ordumuz millətimizi gələcək nəsillərin qınağından hifz etdi"
- Bu xəbərləri qaçırmayın: 27.09.2024-ün ən mühüm hadisələri
- Xankəndidə uzun illər Azərbaycana qarşı məkrli planlar hazırlanan binadan GÖRÜNTÜLƏR
- Doğma yurdlarına qayıdan füzulililər şəhidləri anıblar
Rəylər