"Bundan sonra atamın məzarını müntəzəm ziyarət edəcəyik".
Oxu.Az xəbər verir ki, bunu "Report"a açıqlamasında 32 ildən sonra qalıqları tapılan Birinci Qarabağ müharibəsinin itkin şəhidi Sumbat Əliyevin qızı Firuzə Əliyeva deyib.
Şəhid övladı atasının onun yaddaşında hərbçi kimi qaldığını vurğulayıb:
"Atam müharibəyə yollananda dörd yaşım vardı. O, mənim yaddaşımda hərbi formada, hərbçi kimi qalıb. Şəhid olduğunu, bir daha canlı görüşə bilməyəcəyimizi artıq böyüyəndə anladım. Yuxularıma gəlirdi, onu yuxuda gördüyüm gün çox rahat olurdum. Sanki onun ruhu mənə enerji verirdi. Bundan sonra onun məzarını tez-tez ziyarət edəcəyik".