Vətən müharibəsində şəhid olan və bu gün nəşi ailəsinə təhvil verilən hərbçi Təbriz İbrahimovla vida mərasimi keçirilib.
Şəhid hərbçinin nəşi doğulduğu Salyan rayonunun Çadırlı kəndinə gətirilib.
Vida mərasimində hərbçilər, şəhidin yaxınları, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
1992-ci il təvəllüdlü şəhidimiz sabah II Fəxri xiyabanda dəfn olunub.
Qeyd edək ki, Müddətdən Artıq Həqiqi Hərbi Xidmət keçən Hərbi Qulluqçu (MAHHXHQ) İbrahimov Təbriz İsmayıl oğlu Murov istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.