Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Şəhidin ailəsindən duyğulandıran sözlər: "Ermənilərin o qədər tanklarını məhv etmişdi ki"
Baku TV Vətən müharibəsi şəhidi Elməddin Babayev haqqında reportaj hazırlayıb.
Gizir Elməddin Babayev Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüş əməliyyatları zamanı düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub.
Şəhidin oğlu Asif Babazadə atası ilə fəxr etdiyini söyləyərək qeyd edib ki, Elməddin Babayev müharibəyə getməzdən əvvəl ailəni ona tapşırıb.
Şəhidin atası Cəfərqulu Babayev isə oğlu ilə son görüşünü xatırlayıb:
"Müharibənin başlamasından bir gün əvvəl gəlmişdi. Bizimlə görüşdü, o gedən getdi. Elməddin tank komandiri idi. Döyüşlərdə xeyli düşmən tankı məhv etmişdi. Sentyabrın 29-da axşamüstü mənə zəng etdi. Uşaqları tapşırıb dedi ki, özünüzdən muğayat olun".
Daha ətraflı Baku TV-nin süjetində:

"44 günlük Vətən müharibəsi" teqi üzrə xəbərlər
- İlqar Safat: "Doğma torpaq" işğaldan azad edilən ərazilərdə çəkilən ilk filmdir"
- TÜRKPA-nın komitə sədrləri Heydər Əliyevin məzarını və Zəfər parkını ziyarət ediblər
- "McDonald"s Azərbaycan" olimpiadalarda iştirak edən şəhid və veteran övladlarına dəstək olub
- İntiqam Babayev vəzifəsindən AZAD EDİLDİ
- Azərbaycanın diplomatik uğurları: Antalya Forumunda yeni perspektivlər