Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Dövlət Xidmətinin 259 əməkdaşı məsuliyyətə cəlb edilib
Ötən il və bu ilin 9 ayı ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 259 əməkdaşı məsuliyyətə cəlb edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.
Belə ki, qanunvericiliyin tələblərini pozmuş vəzifəli şəxslər barəsində xidməti yoxlamalar aparılaraq ötən il 78, 2024-cü ilin 9 ayı ərzində isə 181 əməkdaş barəsində ciddi intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb.
2023-cü ildə 15 fakt üzrə 22, cari ilin müvafiq dövründə isə 36 fakt üzrə 70 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş Prokurorluğuna göndərilib.
"Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX)" teqi üzrə xəbərlər
- Prezident dövlət xidmətinin bəzi əməkdaşlarını təltif etdi
- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 13 il ötür
- DSX və Səfərbərlik Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artırıldı
- Hərbi-nəqliyyat vəzifəsi haqqında qanunvericiliyin pozulmasına görə cərimələr iki dəfə artırılır
- Hərbi vəzifəlilər atıcı silahlardan və qumbaraatanlardan praktiki atış ediblər