Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Səhiyyə Nazirliyi Ağdərə rayonunda əhalinin növbəti tibbi müayinələrini təşkil edib
İşğaldan azad olunan ərazilərə "Böyük Qayıdış" Proqramı çərçivəsində Səhiyyə Nazirliyi vətəndaşlar arasında müxtəlif tibbi müayinələr, eyni zamanda, sağlamlığın təşviqi istiqamətində maarifləndirici aksiyaların keçirilməsini davam etdirir.
Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Növbəti belə tədbir aprelin 30-da baş tutub. Nazirliyin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası tərəfindən Ağdərə rayonunun Talış kəndində əhali üçün oftalmoloji tibbi müayinələr aparılıb.
Tədbirin əsas məqsədi operativ şəkildə vətəndaşların müayinəsi, görmə qabiliyyətinin zəifləməsinin qarşısının alınması, görmə patologiyasının erkən diaqnostikasının aşkarlanması və müalicələrin təyin olunmasıdır.
Müayinələr əsasında vətəndaşlarda quru göz sindromu, allergik konyunktivit, refraksiya patologiyası, miopik astiqmatizm və digər xəstəliklər aşkarlanıb. Eyni zamanda, göz xəstəlikləri ilə bağlı ümumi monitorinqlər aparılıb və əldə edilən nəticələr müzakirə olunub. Həmçinin, ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasiyentlərin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılıb.
Ümumilikdə, oftalmoloji aksiya çərçivəsində 70-ə yaxın vətəndaşın müayinədən keçib.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq tibbi müayinələrin və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Çindən gətirilən qanalma kəpənəklərinin satışı qadağan edildi
- Baş həkim olmaq üçün verdiyi 280 min manat ələ keçirildi
- Azərbaycanda stomatologiya üzrə klinik protokollar hazırlanır - RƏSMİ
- Dövlət tibb müəssisələrində işə qəbul olmaq istəyənlər üçün videotəlimat hazırlandı
- Səhiyyə Nazirliyi: "Plastik cərrahiyyə üzrə klinik protokollar hazırlanır"