Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Şəhriyar qəsəbəsinin bir hissəsi susuz qalıb - VİDEO
Şamaxı rayonunun Şəhriyar qəsəbəsinin bir hissəsi susuz qalıb.
Xezerxeber.az-ın məlumatına görə, sakinlər yay-qış su daşımaq məcburiyyətindədir.
Onların sözlərinə görə, bir neçə ildir ki, bulaqların suyu quruyub.
Ona görə də qəsəbə sakinləri suya olan tələbatlarını yaşadıqları məhəllədən çox uzaqda yerləşən bulaqlar vasitəsilə təmin edirlər.
Məsələ ilə əlaqədar “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Regional Su kanal İdarəsinin İstehsalat şöbəsinin rəisi Rufət Qurbanov bildirib ki, Şəhriyar qəsəbəsinin təchizatı və kanalizasiya şəbəkəsinin layihəsi hazırlanıb və adiyyəti qurumlara təqdim olunub Layihənin gələn ilin dövlət proqramına salınması nəzərdə tutulub.
Qeyd edək ki, sözügedən ərazidə iki minə yaxın sakin yaşayır.
Daha ətraflı süjetdə:
"Azərsu" teqi üzrə xəbərlər
- Bakıda su borusunun partlaması nəticəsində fərdi evdə yaranan təhlükəli vəziyyətlə bağlı AÇIQLAMA
- Azərbaycanda vəzifəli şəxs vəfat etdi
- Azərbaycan Premyer Liqası: "Şamaxı" "Sumqayıt"a qalib gəldi
- Su idarəsi Bakıda iş apardı, vətəndaşa külli miqdarda ziyan dəydi
- Kanalda batan qazinin yanındakı şəxslər kimlər olub? - Onlar üzüb çıxıblar, Abusət Əliyev tapılmır