Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Əsgər yığıncağı faciə ilə bitdi: Ata öldü, oğlu yaralandı
Şəkidə baş vermiş yol-nəqliyyat hadisəsinin bəzi detalları məlum olub.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, aprelin 22-si, gecə saat 02 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəkidən keçən hissəsində 44 yaşlı Təvəkkül Şirəliyevin sürdüyü "Mercedes-Benz" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.
Nəticədə sürücü aldığı xəsarətlərdən vəfat edib.
Avtomobildə olan T.Şirəliyevin 2016-cı il təvəllüdlü oğlu Kənan və baldızının 15 yaşlı oğlu Fəqan Qocayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Qəzada ölən şəxs Şəkidə telefon ustası kimi fəaliyyət göstərirmiş.
İlkin məlumata görə, qəzaya düşənlər yaxın qohumun əsgər gedən övladı üçün təşkil edilmiş yığıncaqdan qayıdırmışlar.
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Dördüncü kurs tələbəsi FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ
- Göygöldə avtomobillər toqquşdu - Xəsarət alanların son durumu AÇIQLANDI
- Qobustanda yük və minik maşınları TOQQUŞDU: Xəsarət alan şəxsin son vəziyyəti açıqlandı
- Bakı-Quba yolunda QƏZA: Avtomobil yararsız hala düşdü
- Türkiyədə tələbələri daşıyan mikroavtobus aşdı - Xəsarət alanlar var