Şəki şəhərində mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanların sayı 10 nəfərə çatıb.
“Report”un məlumatına görə, bu, “Mercedes” markalı mikroavtobusun Qax rayonundan olan 1987-ci il təvəllüdlü sürücüsü Əliyev Akşin Adil oğludur.
O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta ağırdır.
Qəzada yaralananların adları məlum olub:
Bakı sakini - 53 yaşlı İsa Bədrəddin oğlu Hacıyev
Cəlilabad rayon sakini - 26 yaşlı Fərid Zakir oğlu Səmədov (“Prado”nun sürücüsü)
Qax rayon sakini - 24 yaşlı Elməddin İsrafil oğlu İsrafilov
Qax rayon sakini - 36 yaşlı Tural Abdulla oğlu Babayev
Qax rayon sakini - 25 yaşlı Nailə Nəsib qızı Seyidova
Qax rayon sakini - 22 yaşlı Abdul Məcid oğlu Seydəliyev
Bakı sakini - 26 yaşlı Ülfət Qulam oğlu Məmmədli
Qax rayon sakini - 32 yaşlı Neyman Nəriman oğlu Nurməmmədov
Qax rayon sakini - 5 yaşlı Vüqar Emin oğlu Həzrətov
25 yaşlı Nailə Seyidovanın vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib. Digər yaralılar cərrahiyyə şöbəsində müalicə olunur.
10.52
Şəki şəhərində 9 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə səhər saatlarında İsmayıllı-Qaraməryəm-Şəki magistralının yolun Şəki rayonu Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində olub.
99-HD-777 dövlət qeydiyyat nişanlı “Toyota Prado” markalı avtomobillə “Mercedes Vito” markalı mikroavtobus toqquşub.
Nəticədə 9 nəfər bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.