2015-ci ilin yanvar-aprel aylarında Gürcüstanda 717 xarici vətəndaş sığınacaq istəyib.
Oxu.Az “Sputnik Qruziya” saytına istinadla xəbər verir ki, Gürcüstan DİN-nin İnformasiya-təhlil departamentinin məlumatına əsasən, onlardan 28-i Rusiya vətəndaşıdır.
Birinci yerdə İraq vətəndaşlarıdır – 284 nəfər. Onlardan 202-si kişi, 82-si isə qadındır.
Daha sonra Ukrayna vətəndaşları gəlir. İlin əvvəlindən Gürcüstan hakimiyyətinə sığınacaq üçün 263 ukraynalı müraciət edib ki, onlardan 167-si qadın və 96-sı kişidir.
Üçüncü yerdə İran (15 kişi və 13 qadın) və Rusiyadır (17 kişi və 11 qadın).
Cənubi Qafqaz ölkələrinə gəlincə,Gürcüstanda sığınacaq üçün dörd Ermənistan vətəndaşı və səkkiz Azərbaycan vətəndaşı müraciət edib.