Türkiyənin “BOTAŞ” şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında təbii qazın alqı-satqısı ilə bağlı heç bir məsələdə problem yoxdur.
Oxu.Az-a bu sözləri Bakıda keçirilən Beynəlxalq “Xəzər Neft və Qaz 2015” sərgisində “SOCAR Turkey” şirkətinin prezidenti Kənan Yavuz bildirib.
“Hazırda tərəflər arasında qaz satışı davam edir” - deyə, K.Yavuz əlavə edib.
Yavuz qeyd edib ki, verilən məbləğ qarşılığında təbii qaz satılır:
“BOTAŞ”la SOCAR arasında heç bir problem yoxdur. Verilən məbləğ qarşılığında təbii qaz satışı həyata keçirilir”- deyə, şirkətin prezidenti əlavə edib.
Qeyd edək ki, Türkiyə mətbuatında “BOTAŞ”-ın SOCAR-a qaz almaq üçün ödəniş etdiyi, lakin bunun müqabilində müvafiq həcmdə qaz almadığı yazılmışdı.
Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Taner Yıldız 2014-cü ilin sonuna olan açıqlamasında qeyd etmişdi ki, pulu ödənilən, amma alınmayan 1 kub metr qaz belə qalmayacaq.
Ülviyyə R. Əli
www.oxu.az