“SOCAR Turkey”in Fransanın “TOTAL” şirkətinin bu ölkədəki payını almasından söhbət gedə bilməz.
Bu sözləri Oxu.Az-a “SOCAR Turkey” şirkətinin prezidenti Kənan Yavuz bildirib.
“Biz Türkiyənin ən böyük sərmayədarı olduğumuza görə, ölkədə hər hansı satış olduğu zaman ilk olaraq hər kəsin ağlına SOCAR gəlir. Biz də mövzunu mətbuatdan izlədik, amma hazırda belə bir niyyətimiz yoxdur” - deyə, Yavuz əlavə edib.
Xatırladaq ki, bir müddət əvvəl Türkiyənin Enerji Bazarı Tənzimləmə Təşkilatının (EPDK) sədri Mustafa Yılmaz bildirmişdi ki, Türkiyədə fəaliyyət göstərən “TOTAL” şirkətini 4 şirkət almaq istəyir. Bunların arasında Türkiyənin 2-ci böyük neft şirkəti də yer alır.
Ülviyyə R. Əli
www.oxu.az