Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Sel nəticəsində heyvan sığınacağı yararsız vəziyyətə düşdü - Onlarla it tələf oldu
Abşeron rayounun Pirəkəşkül qəsəbəsində sahibsiz itlərin saxlandığı sığınacaq şiddətli yağıntılardan sonra yararsız vəziyyətə düşüb.
Oxu.Az xəbər verir ki, yüzdən çox itin yerləşdirildiyi sığınacaqda heyvanların yaşaması daha da çətinləşib.
BARS Sahibsiz Heyvanlara Qayğı İctimai Birliyinin təsisçisi Leyla Axundova Oxu.Az-a açıqlamasında bildirib ki, aramsız yağışdan sonra sığınacağın ərazisində baş verən sel nəticəsində onlarla it tələf olub.
"Bizim öz gücümüzə yaratdığımız sığınacaqda təxminən 130 it yerləşdirilib. Yağışdan sonra 20-yə yaxın it sel nəticəsində tələf oldu. Hazırda bu sığınacağın yerləşdiyi ərazi itlərin yaşaması üçün yararsızdır. Biz itləri yaşayış üçün daha uyğun bir sahəyə keçirməyə çalışırıq. Buna görə insanlardan yardım istəyirik. İndiyədək sığınacağımız sakinlərdən maddi yardımlar sayəsində fəaliyyətini davam etdirib. İndi isə bu itlərin köçürülməsində kömək lazım olacaq", - deyə o bildirib.
"Sahibsiz itlər" teqi üzrə xəbərlər
- Binəqədidə sahibsiz it problemi: "Blokdan çıxmağa qorxuruq"
- Masazırda sahibsiz küçə itləri vətəndaşa HÜCUM ETDİLƏR
- Yasamalda küçə itləri MEYDAN SULAYIR: Kiçik qız hücumdan güclə qurtuldu
- Sumqayıtda sahibsiz itlərin hücumuna məruz qalan uşaqların SON VƏZİYYƏTİ açıqlandı
- Mingəçevirdə sahibsiz itlər sakinlər üçün ciddi təhlükə yaradırlar