Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Səmayə Həşimova: “Allah şəhidlərin xatirəsini ehtiramla yad edən, unutmayan hər kəsdən razı olsun”
“Bu gün Polad Həşimovun ad günüdür. Oğlum yaşasaydı 48 yaşı olacaqdı”.
Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova İkinci Şəhidlər xiyabanında oğlunun 48-ci doğum günü münasibətilə təşkil edilən mərasim zamanı deyib.
O bildirib ki, şəhid anaları bu gün Poladın xatirəsini yad edirlər:
“Bütün şəhidlərimizin ruhları şad olsun, məkanları cənnət olsun. Şəhid anaları Qarabağımızı azad edən igid oğulları yetişdiriblər. Bir daha belə itkilərimiz olmasın. Allah şəhidlərin xatirəsini ehtiramla yad edən, unutmayan hər kəsdən razı olsun”.
Könül Cəfərli
"Qarabağ" teqi üzrə xəbərlər
- "Kurtlar Vadisi"nin məşhur aktyoru: "Qarabağla bağlı film çəkəcəyik"
- Türkiyəli fermerdən Azərbaycanın Zəfər Günü ilə bağlı maraqlı addım
- İv Buvi: "Beynəlxalq birlik Azərbaycana minatəmizləmə işində kifayət qədər kömək etmir"
- Böyük Britaniyalı səyyah: "Azərbaycanda tarixi abidələrə həssas yanaşırlar"
- Səyyah: "Qarabağda tarixi və müasir memarlıq ahəngdar şəkildə birləşir"
Rəylər