Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Şəmkirdə ildırım vurduğu deyilən kişinin ürəktutması nəticəsində öldüyü məlum oldu
Şəmkirdə ildırım vurduğu deyilən kişinin ürəktutması nəticəsində öldüyü məlum olub.
Oxu.Az bildirir ki, Şəmkir Rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından APA-ya verilən məlumata görə, cəsəddə hansısa iz aşkarlanmayıb.
Qeyd olunub ki, 1969-cu il təvəllüdlü Faiq Bağırovun ölüm səbəbi ürəktutması olub.
Bu faktı mərhumun qardaşı İsfəndiyar Bağırov da təsdiqləyib.
Şəmkir sakinini ildırım vuraraq öldürüb.
Oxu.Az xəbər verir ki, hadisə Bayramlı kəndində qeydə alınıb.
Kənd sakini 1969-cu il təvəllüdlü F.Bağırov ildırım vurması nəticəsində ölüb.
Faktla bağlı araşdırma başlanılıb.
"İldırım vurması" teqi üzrə xəbərlər
Ən çox oxunanlar