Şəmkirdə 8 yaşlı qız su kanalına düşərək ölüb.
Oxu.Az xəbəri verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Məlumata görə, fevralın 4-də Şəmkir rayonunun Abbaslı kənd sakini, 8 yaşlı Mələk Qurbanlı kənd ərazisindəki su kanalına düşərək boğulub.
Meyit sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.
E.Ə.
www.oxu.az