Şəmkir rayonu, Tatarlı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın olub. Yanğın zamanı təqribən 1 hektar sahədə kol-kos yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin şəxsi heyəti (mürəkkəb relyefli dağlıq ərazi olduğu üçün əsasən əl əməyindən istifadə olunub) tərəfindən söndürülüb.
Yaxınlıqdakı ərazilər yanğından mühafizə olunub.