Şəmkir rayonunun Şiştəpə kəndində ümumi sahəsi 80 kvadratmetr olan birmərtəbəli iki otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 60 kvadratmetr sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-a verilən xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.