Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İcma sədri: "Qərbi Azərbaycanda soyqırımına məruz qalmış yerlərin dəqiq sayı müəyyənləşdirilib"
"1987-1991-ci illərdə Qərbi Azərbaycanda - indiki "Ermənistan" ərazisində soyqırımına məruz qalmış kənd, qəsəbə və şəhərlərin dəqiq sayı və adları müəyyənləşdirilib və bu yaşayış məntəqələri üzrə ata-baba yurdlarından qovulmuş soydaşlarımızın adları olan siyahı tərtib edilib".
Bu barədə "Report"un sorğusuna cavab olaraq Qərbi Azərbaycan İcması (QAİ) İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib.
Onun sözlərinə görə, QAİ qarşısına Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında təsbit olunmuş konkret vəzifələr qoyub və addım-addım onları həyata keçirməkdədir:
"Bu sırada Qərbi Azərbaycan həqiqətlərini bütün tərəfləri ilə öyrənmək və onları beynəlxalq müstəviyə çıxarmaq xüsusi yer tutur".
İcma sədri bildirib ki, ilk addım olaraq sonuncu deportasiya zamanı - 1987-1991-ci illərdə tarixi torpaqlarımız olan Qərbi Azərbaycanda - indiki "Ermənistan" ərazisində soydaşlarımıza qarşı dövlət səviyyəsində həyata keçirilmiş soyqırımı cinayətini sənədləşdirməyə başlayıblar:
"Təbii ki, ilk olaraq soyqırımına məruz qalmış kənd, qəsəbə və şəhərlərimizin dəqiq sayını və adlarını müəyyənləşdirdik və bu yaşayış məntəqələri üzrə ata-baba yurdlarından qovulmuş soydaşlarımızın adlı siyahısını tərtib etdik. Əslində, bu, düşündüyümüzdən daha çətin proses oldu, çünki həmin tarixdən təxminən 36 il keçib və insanlarımızın bir hissəsi bu müddət ərzində dünyadan köçüb, bir hissəsi dəfələrlə yaşayış yerini dəyişib, bir hissəsi isə dünyanın bir çox ölkələrinə səpələnib ki, onların bəzilərinin harada yaşadığını müəyyən etmək belə çox çətindir. Lakin çətin də olsa, biz bu işin öhdəsindən gəldik və onları rəsmi olaraq geniş ictimaiyyətə açıqlamağa hazırlaşırıq".
Ə.Ələkbərli qeyd edib ki, yaxın günlərdə İcmanın İdarə Heyəti məsələ ilə bağlı öz qərarını verəcək.
"Qərbi Azərbaycan İcması (QAİ)" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycan Xronikası: "Ermənilərin ən böyük cinayəti 1905-ci ildə "Cəngi soyqırımı" olub"
- İcma: "Paşinyanın "Qərbi Azərbaycan" ifadəsinə irad tutması tamamilə əsassızdır"
- Xronika: "Əsəd Suriyadan Azərbaycan ərazilərinə ermənilərin köçürülməsini təşkil edirdi"
- İcma: "Avropa Parlamenti Azərbaycana qarşı bitib-tükənməyən nifrəti nümayiş etdirdi"
- İcma: "Fransa səfirinin açıqlaması ksenofob mahiyyət daşıyır"