Şəmkir şəhərində bədbəxt hadisə baş verib.
Oxu.Az xəbər verir ki, hadisə şəhərin Müşfiq Qəhrəmanov küçəsində qeydə alınıb.
Belə ki, elektrik xətti dirəyində təmir zamanı 35 yaşlı İlkin Əhmədovu elektrik cərəyanı vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.