Şəmkir şəhərində yerli sakin bıçaq xəsarət alıb.
“Report” xəbər verir ki, hadisə şəhərin mərkəzi ərazisində qeydə alınıb. Orta yaşlı kişi qarın nahiyəsindən bir bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Onun əsəbləşərək özünə xəsarət yetirdiyi bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.