Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Şəmkirdə torpaq çöküb, iki nəfər xəsarət alıb - YENİLƏNİB
Şəmkir rayonunda baş verən hadisənin təfərrüatı məlum olub.
“Report” un Qərb Mərkəzinin məlumatına görə, həyatyanı sahədə artezian quyusu qazılan zaman torpaq çökməsi baş verib.
Nəticədə iki nəfər torpağın altında qalıb. Sonra onların hər ikisi yaralı vəziyyətdə torpağın altından çıxarılıb. Yaralılar Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdiriliblər. Onların həyatı təhlükələri yoxdur.
Faktla bağlı araşdırma aparılır.
18:38
Şəmkir rayonunda torpaq sürüşməsi baş verib.
“Report” xəbər verir ki, bir neçə nəfərin torpaq altında qalması ehtimal olunur.
Hazırda hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.