Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Şəmsəddin Xanbabayevin cənazəsi Bakıya GƏTİRİLİR
Xaçmazın sabiq icra başçısı Şəmsəddin Xanbabayevin cənazəsi Bakıya gətirilir.
Oxu.Az xəbər verir ki, bunu mərhumun oğlu Samir Xanbabayev Bizim.Media-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, atası "Qurd qapısı" məzarlığında dəfn ediləcək.
Qeyd edək ki, Şəmsəddin Xanbabayev qaraciyərində yaranan problemdən əziyyət çəkirdi.
Xaçmaz Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, Azərbaycan ictimai-siyasi və dövlət xadimi Şəmsəddin Xanbabayev vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə Demokrat.az-a mərhumun yaxınları məlumat verib.
Şəmsəddin Xanbabayev 85 yaşında yaşadığı Xaçmaz şəhərində dünyasını dəyişib.
O, sabah Bakıda dəfn ediləcək.
Qeyd edək ki, Ş.Xanbabayev 23 oktyabr 2004-cü ildən 31 oktyabr 2019-cu ilədək Xaçmaz rayonunun icra başçısı olub.
