Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Şənbə və bazar günlərində vətəndaşların bank kartlarından 41 min manat pul oğurlanıb
Şənbə və bazar günlərində vətəndaşların bank kartlarından 41 048 manat oğurlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, aprelin 12 və 13-də ayrı-ayrı vətəndaşların müxtəlif kiberüsullarla 11 100, 10 283, 4 900, 2 537, 2 520, 2 183, 1 500, 900, 711, 530, 500, 480, 425, 393, 387, 381, 330, 142, 120, 100, 100, 96, 95, 68, 50, 50, 50, 50, 20, 19, 15, 13 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
"Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var", - deyə DİN vətəndaşlara bir daha müraciət edib.
"Kiberdələduzluq (Kibercinayətkarlıq)" teqi üzrə xəbərlər
- Elvin Şahverdiyev: "Kibertəhlükəsizlik sosial və iqtisadi sabitliyin vacib elementidir"
- Ötən gün vətəndaşların bank kartlarından 21 min manatdan çox vəsait oğurlanıb
- Vətəndaşların bank kartlarından ötən gün 31 min manat oğurlanıb
- Həftəsonu vətəndaşların bank kartlarından 18 minə yaxın pul oğurlanıb
- Qurbanların sayı durmadan artır - Dələduzlardan özümüzü necə qoruyaq?