Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Sərnişin müdaxilə etdi, Bakı metrosunda PROBLEM YARANDI
Bakı metrosunun "Nəriman Nərimanov" stansiyasından "Gənclik" stansiyası istiqamətində gedən qatar tuneldə qalıb.
Bununla bağlı Oxu.Az-a sərnişinlər məlumat veriblər.
Hadisə ilə bağlı "Bakı Metropoliteni" ASC-yə sorğu ünvanladıq.
Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlamasında faktı təsdiqləyib.
O qeyd edib ki, "Qara Qarayev" stansiyasında sərnişin vaqon qapısının qəza açılıb-bağlanma kranından istifadə etdiyi üçün maşinist həmin qapıya baxış keçirib və kranı normal statik vəziyyətinə qaytarıb.
"Bunun nəticəsində "yaşıl" və "qırmızı" xətlərdə intervaldan əlavə 5 dəqiqə yubanma yaranıb. Maşinist qatar hərəkətdə ikən həmin qapının normal rejimdə işləmədiyi barədə dispetçerə məlumat verib. Bu səbəbdən qatar baxış keçirilməsi məqsədilə "Nərimanov" stansiyasında xətdən çıxarılıb. Əvəzinə başqa qatar verilib".
Əzizə İsmayılova
"Bakı Metropoliteni QSC" teqi üzrə xəbərlər
- Bakıda iki metro stansiyasını birləşdirəcək tunel tikintisində obyektlər SÖKÜLƏCƏK?
- Bakı Metropoliteninin əməkdaşlarının maaşı niyə artırılmayıb? - RƏSMİ AÇIQLAMA
- İki stansiyanı birləşdirəcək yeni tunelin tikintisi 11 AY ÇƏKƏCƏK
- "İçərişəhər" - "Həzi Aslanov" xətti üzrə qatarların hərəkətində dəyişiklik olacaq?
- "Nizami" metrosu "yaşıl" xətt üzrə son dayanacaq olacaq, ekspres avtobuslar işləyəcək - RƏSMİ