Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Arvadını öldürmək istəyən şəxs Psixiatriya Xəstəxanasına yerləşdirildi
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla adam öldürməyə cəhddə təqsirləndirilən Qurban İsmayılovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü onun cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunub və Qurban İsmayılov cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxs barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib. Qərarın icrası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb.
Qeyd edək ki, hadisə 2022-ci il avqustun 2-də, saat 20 radələrində Abşeronun Mehdiabad qəsəbəsində baş verib. Belə ki, qəsəbə sakini Qurban İsmayılov yaşadığı evdə qısqanclıq zəmində arvadı Şəhruzə İsmayılovanı bıçaqlayıb. Arvadının öldüyünü zənn edən Qurban İsmayılov evdən qaçıb. Şəhruzə İsmayılova isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub.
Daha sonra Qurban İsmayılov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Rəylər