16-25 aprel 2014-cü il tarixində Hacıqabul rayonunun ümumi sayı 69 000-dən çox olan sakini Səyyar “ASAN xidmət”-dən Hacıqabul rayonunda yararlana biləcək.
Oxu.Az xəbər verir ki, “ASAN xidmət”-dən verilən məlumata görə, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Xatırladaq ki, Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Gülnarə Zeynalova
www.oxu.az