2014-cü ilin 25 May – 6 iyun tarixində Sabirabad rayonunun 165 000-ə yaxın sakini Səyyar “ASAN xidmət”dən Sabirabad rayonunda yararlana biləcək.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat “ASAN xidmət”dən verilib.
Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Qeyd edək ki, 2014-cü ilin dekabr ayına qədər Səyyar “ASAN xidmət” vasitəsi ilə 35 məntəqədə 41 rayonun sakinlərinə müvafiq xidmətlərin həyata keçirilməsi nəzərdə tutulur.
Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Gülnarə Zeynalova
www.oxu.az