Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakıda yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Hava şəraitinin dəyişəcəyi ilə bağlı növbəti xəbərdarlıq edilib.
Milli Hidrometeorologiya Xidmətindən Oxu.Az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında aprelin 27-si axşam və 27-dən 28-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Yarımadanın bəzi yerlərində yağıntının leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək.
Aprelin 27-si axşam və 27-dən 28-nə keçən gecə Bakıda və Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal olunur.
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Azərbaycanın rayonlarında aprelin 29-u gündüzədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Dağlıq Şirvan, Quba-Qusar, Balakən-Şəki, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntının arabir leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.
Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək.
"Hava proqnozu" teqi üzrə xəbərlər
- Bazar günü havanın temperaturu 30 dərəcəyədək yüksələcək - 18.05.2025
- Bəzi yerlərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA
- Bəzi ərazilərdə dolu, leysan yağacaq, 27 dərəcə isti olacaq - 17.05.2025-in HAVA PROQNOZU
- Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
- Sabah yağış yağacaq, şimşək çaxacaq - 16.05.2025