Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Siqaret çəkənlərin NƏZƏRİNƏ - Cərimələr KƏSKİN ARTIRILIR
Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği kəskin artırılır.
Oxu.Az xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə görə, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği 50 manatdan 300 manata qaldırılır.
Eyni zamanda, nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbehvermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə 700 manat məbləğində cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 60 saatdan 100 saatadək ictimai işlər tətbiq olunur.
"Siqaret" teqi üzrə xəbərlər
- Azərbaycanda siqaretlərin qiyməti qalxdı
- Dünyada siqaret çəkənlərin sayı hansı səbəbdən azalıb? - ÜST-dən açıqlama
- Alimlər siqaret asılılığının kimlərdə daha tez yarandığını müəyyən ediblər
- Gənclərdə saçların vaxtından əvvəl ağarmasının səbəbləri nələrdir? - ABŞ-li həkimdən açıqlama
- Britaniyada inanılmaz hadisə: Siqaret kötüyü 30 illik sirli cinayətin üstünü açdı, qatil həbs olundu