Almaniyanın "Bavariya" klubunun futbolçusu Camal Musiala zədələnib.
Oxu.Az Marca.com-a istinadən xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
21 yaşlı yarımmüdafiəçinin omba nahiyəsində problemlər var.
Musiala bu səbəbdən Bundesliqada "Frankfurt"la oyunu, həmçinin Almaniya millisinin Millətlər Liqasında Bosniya və Herseqovina və Niderlanda qarşı keçirəcəyi görüşləri buraxacaq.
Qeyd edək ki, Camal Musiala minimum dörd həftə komandasına kömək edə bilməyəcək.
Rəylər