Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Şirniyyat sexində iyrənc mənzərə - FOTO
Sabunçu rayonunda yararsız şirniyyat istehsal edən sex aşkar edilib.
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Şəfəq küçəsi 8 ünvanında fəaliyyət göstərən “Balu” şirniyyat sexinə reyd keçirib.
Müəyyən olunub ki, fiziki şəxs Nağıyev Seymur Həsən oğluna məxsus şirniyyat sexi unlu qənnadı məmumalatlarının istehsalı ilə məşğul olur. İstehsal üçün yararsız, köhnə tikilidə fəaliyyət göstərən sexdə “Balu” adı altında müxtəlif növ şirniyyatlar hazırlanır.
Reyd zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin istehsal üçün həddən artıq yararsız olduğu, sanitar norma və qaydaların kobud şəkildə pozulduğu aşkarlanıb.
Məlum olub ki, müəssisədə istifadə edilən un kisələri çirkli, birbaşa yerdən və divara bitişik vəziyyətdə saxlanılmaqla, un ələk və maqnit tutuculardan keçirilmədən, çirkli xəmir qarışdıran qazanlarda yoğrularaq, şirniyyatlar sanitar-gigiyenik vəziyyəti qeyri-qənaətbəxş olan sobada bişirilir.
Reyd zamanı xammalın qəbulu, saxlanılması, məhsulun istehsalı, xəmirqarışdıran qazan və digər avadanlıqların yuyulması, hazır şirniyyat məhsullarının saxlanılması eyni sahədə, sanitariya norma və qaydalara cavab verməyən şəraitdə həyata keçirildiyi aşkarlanıb.
Yoxlama zamanı sexdə istehsal edilən məhsullardan nümunələr götürülərək müayinə edilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyasına göndərilib. Həmin məhsulların satışı qadağan edilib.
"AQTA" teqi üzrə xəbərlər
- HACCP sisteminin tətbiqi qida təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcək
- Müştəri evdə yağı əritməyinə peşman oldu: AQTA-dan məsələ ilə bağlı açıqlama
- Azərbaycanın Vahid Sağlamlıq üzrə Milli Strategiya planı beynəlxalq ictimaiyyətə təqdim olunub
- ÜHST: "Azərbaycanda yüksək patogen quş qripi xəstəliyi yoxdur"
- Bakıda sabiq icra başçısının klinikasında qəssabxana açıldı - AQTA bağladı
Rəylər