Şirvanda toy mərasimində zəhərlənənlərdən bəzilərinin adları məlum olub.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, bunlar Hacıqabul rayon sakinləri, 1968-ci il təvəllüdlü Dostəliyeva Seyidsəkinə Miryaqub qızı, 1957-ci il təvəllüdlü Həsənova Züleyxa Ağaməmməd qızı, 1961-ci il təvəllüdlü Şıxəliyeva Fəridə Əsəd qızı, Şirvan şəhər sakinləri, 1964-cü il təvəllüdlü Süleymanova Arzu Bəhlul qızı, 1977-ci il təvəllüdlü Ağayeva Aynurə Asif qızıdır.
Digər zəhərlənənlərin də adları dəqiqləşdirilir.
21:58
Şirvanda toyda kütləvi zəhərlənmə baş verib.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə “Yeganə” şadlıq sarayında qeydə alınıb.
Belə ki, toy mərasimi davam edərkən yayılan pirotexniki tüstüdən iştirakçılar arasında kütləvi zəhərlənmə olub.
Tüstüdən zəhərlənənlər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Xəstəxanadan verilən məlumata görə, ən azı 10 nəfər zəhərlənmə şikayəti ilə daxil olub.
Bu, hələlik ilkin məlumat olduğundan araşdırmalar aparılır.