Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Siyəzən və Şabran rayonlarında yanğın dağlıq əraziyə keçib - YENİLƏNİB
Siyəzən rayonunun Qalaaltı və Şabran rayonunun Çıraqqala kəndlərinin yaxınlığında meşəlik ərazidə (mürəkkəb reylefli yüksək dağ massivində) baş vermiş yanğınlar qismən söndürülüb.
Oxu.Az FHN-nin saytına istinadən xəbər verir ki, alovun yaşayış məntəqələrinə və istirahət mərkəzlərinə doğru hərəkətinin qarşısı tam alınıb.
Hazırda tüstülənmə davam edir, açıq alov müşahidə olunmur. Yaşayış məntəqələri və istirahət obyektləri üçün təhlükə yoxdur.
16:37
Siyəzən rayonunun Qalaaltı və Şabran rayonunun Çıraqqala kəndlərinin yaxınlığında meşəətrafı ərazidə yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, ərazidə əsən külək yanğının meşəlik əraziyə (çətin keçilən dağlıq ərazi) keçməsinə səbəb olub.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Aviasiya dəstəsinin 1 ədəd “Mi-17” helikopteri hazırda hadisə rayonundadır. Yanğınların söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.