Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Siyəzəndə Birinci Qarabağ müharibəsinin şəhidi Rüfət Cabbarov dəfn edilib
Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rüfət Məmmədhüseyn oğlu Cabbarovun meyitinin qalıqları Siyəzən rayonuna gətirilib.
"Report"un Şimal bürosunun məlumatına görə, şəhidin nəşi Siyəzən rayonunun Dağ Quşçu kəndində ailəsinə təhvil verilib.
Şəhidlə vida mərasimi keçirilib. Onun nəşi Dağ Quşçu kənd qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, Cabbarov Rüfət Məmmədhüseyn oğlu 1971-ci il iyunun 10-da Siyəzən rayonunun Dağ Quşçu kəndində anadan olub. O, 1992-ci il oktyabrın 4-də Ağdərənin Çıldıran kəndində itkin düşüb.
"Şəhid dəfni" teqi üzrə xəbərlər
- Gədəbəydə qar uçqununda həlak olan hərbçi Əli İmanov Sabirabadda dəfn edilib
- Gədəbəydə qar uçqunu nəticəsində həlak olmuş Ruslan Həmidov dəfn edildi
- Birinci Qarabağ müharibəsinin itkin şəhidi Göyçayda dəfn edildi
- Fəxrəddin Atayev: "Qardaşımla sonuncu dəfə danışan mən olmuşam"
- Şəhid bacısı: "Qardaşımın nəşi tapılanda tez anamın qəbrinin üzərinə gedib xəbər etdik"