Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Şöbə rəisi : “İki mindən artıq sərxoş sürücü saxlanılıb”
“Cari ilin 3 ayı ərzində sərxoş və narkotik vasitənin təsiri altında yol-nəqliyyat hadisəsi törətmiş sürücülərin sayı 13 nəfərdir”.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev məlumat verib.
O bildirib ki, üç ay ərzində respublika ərazisində DYP əməkdaşları tərəfindən 2 mindən artıq sərxoş halda avtomobil idarə edən sürücü saxlanılıb:
“Sərxoş sürücülərdən 13-ü qəza törədib. Qəzalarda 3 nəfər ölüb, 16 nəfər xəsarət alıb”.
Polis mayoru onu da qeyd edib ki, həmin sürücülər DYP əməkdaşları tərəfindən vaxtında aşkar edilməsəydi, bu gün üçün qeydə alınan qəzaların sayı kifayət qədər çox ola bilərdi:
“Bu gün Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən sərxoş sürücülərə qarşı kompleks işlər görülür və davamlı olaraq nəzarət-profilaktik tədbirlər həyata keçirilir. Bir daha bütün sürücülərdən yol hərəkəti qaydalarına riayət etməyi özləri və doğmalarını təhlükəyə atacaq hərəkətlərdən çəkinməyi tövsiyə edirik”.
Könül Cəfərli
"Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ)" teqi üzrə xəbərlər
- Bakıda dönmə əməliyyatı edən avtomobillər toqquşub - XƏSARƏT ALAN VAR
- Yasamalda iki avtomobil TOQQUŞDU: Maşınlar yararsız hala düşdü
- TƏBİB-də işə qəbul olduğunu qeyd edib qayıdarkən dəhşətli qəzada ölübmüş - TƏFƏRRÜAT
- Xocəsəndə piyadaların həyatını təhlükəyə atan sürücü CƏZALANDIRILDI
- Bakıda "BakuBus" yük maşınına ÇIRPILDI: Sürücünün son durumu AÇIQLANDI