Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İrəvanda çempion olan daha bir türkiyəli atlet qələbəsini Azərbaycana həsr etdi - VİDEO
Ermənistanın paytaxtı İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında qızıl medal qazanmış daha bir Türkiyə idmançısı qələbəsini Azərbaycana həsr edib.
Oxu.Az xəbər verir ki, 64 kq çəki dərəcəsində çıxış edən Nuray Güngör toplam 219 kiloqramı ram edərək qitənin ən güclüsü adını qazanıb. O, eyni zamanda, birdənqaldırma üzrə kiçik qızıl, təkanla qaldırmada kiçik bürünc medal əldə edib.
Təltifetmə mərasimindən sonra Nuray Güngör Azərbaycan bayrağına qarşı təxribata görə İrəvanda yarışmaqdan imtina etmiş Azərbaycan idmançılarını unutmadığını bildirib: “Azərbaycanlı qardaşlarımız üzülməsinlər. Onlar yoxdursa, biz varıq. İstiqlal Marşımızı Ermənistanda səsləndirdiyimiz üçün çox xoşbəxtik”.
Daha əvvəl 45 kiloqram çəki dərəcəsində çempion olmuş Cansu Bektaş və kiçik gümüş mükafata yiyələnmiş Qəmzə Altun da qələbələrini Azərbaycana həsr etdiklərini bildiriblər.
"Ermənistan" teqi üzrə xəbərlər
- Paşinyandan istifadə edib atacaqlar: Niyə Ermənistan heç vaxt Aİ-yə qəbul edilməyəcək?
- Əvvəlcə Qarabağda məğlub olan, indi Orta Şərqdə uduzan ölkə
- Kreml Ermənistanın Avropa İttifaqına üzvlük məsələsini şərh etdi
- Ermənistan hökuməti Aİ-yə qoşulma prosesinin başlanması ilə bağlı qərar layihəsini təsdiqlədi
- İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi İrəvanda erməni həmkarı ilə görüşüb
Rəylər