Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Soyuqdəymənin müddətini azaltmağın yolu açıqlandı
Amerikalı alim soyuqdəymənin müddətini azaltmağın yollarını və zökəmlə mübarizənin effektiv üsullarını açıqlayıb.
Oxu.Az-ın "Daily Mail"ə istinadla verdiyi məlumata görə, bu barədə Kardiff Universitetinin bioloji elmlər üzrə eksperti Ron Ekls danışıb.
Onun sözlərinə görə, dəniz yosunu ekstraktlı burun spreyi və sink tərkibli qida əlavələri simptomları əhəmiyyətli dərəcədə yüngülləşdirə və xəstəliyin müddətini qısalda bilər.
"Burun spreylərində istifadə olunan dəniz yosunu ekstraktları antiviral təsirə malikdir. Onlar virusların orqanizmdə yayılmasına mane olan qoruyucu baryer yaradır" , - deyən professor, əsasən polisaxarid karragen və kappa-karragen tərkibli spreyləri seçməyi tövsiyə edib.
Mütəxəssis vurğulayıb ki, sink tərkibli qida əlavələri də soyuqdəymə zamanı insanın özünü daha tez yaxşı hiss etməsinə kömək edir.
"Sink - immun sistemi formalaşdıran hüceyrələrin inkişafı üçün vacib olan həyati mineraldır. Tədqiqatlar göstərib ki, bir neçə gün ərzində az miqdarda (10-40 mq) sink əlavələrinin qəbulu soyuqdəymənin müddətini azalda bilər" , - deyə Ekls bildirib.
Alim əlavə edib ki, təbii sink qırmızı ət və süd məhsullarında mövcuddur.
"Soyuqdəymə" teqi üzrə xəbərlər
- Soyuqdəymə zamanı nələri etməliyik? - Həkim tövsiyəsi
- Həkim uşaqların soyuqdəyməsindən danışdı: "Əslində, soyuq hava xəstələndirmir"
- Qızdırmanı nə vaxt salmaq olmaz? Həkimdən gözlənilməz açıqlama
- Viruslara qarşı qalxan: Gündə neçə diş sarımsaq yemək olar? - Həkimdən tövsiyə
- Zəiflik, əzələ və baş ağrıları: "Yüngül COVID"i soyuqdəymədən ayırmağın yolları açıqlandı