Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində “Mercedes” markalı mikroavtobus ilə “Shagman” markalı yük maşınının toqquşması nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.
Oxu.Az “Report”a istinadla xəbər verir ki, qəza nəticəsində “Mercedes”in 1979-cu il təvəllüdlü sürücüsü Hüseynov Rövşən Teyyub oğlu, həmçinin sərnişinlər - 1955-ci il təvəllüdlü Rzayeva Raisa Dimitri qızı və Lyuba adlı qadın dünyasını dəyişib.
10.34
Sumqayıt şəhərinin Zeynalabdin Tağıyev qəsəbəsində baş verən yol qəzasında 2 nəfər həyatını itirib, daha 15 nəfər yaralanıb.
Oxu.Az “Report”a istinadla xəbər verir ki, Bakıdan Quba rayonuna turist aparan mikroavtobus Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən körpünün altında “Shacman” markalı yük maşını ilə toqquşub.
Nəticədə 17 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan ikisi dünyasını dəyişib. Yerdə qalanlardan 10 nəfəri Reanimasiya şöbəsində müalicə olunur.
Qəzada ölən və yaralananların ilkin siyahısı:
Talıbzadə Çingiz Tofiq oğlu, 1964-cü il təvəllüdlü
Rzayeva Raisa Dmitri qızı, 1955
Rzayeva İlona Rauf qızı, 1980
Tarfanov İqor Aleksandroviç, 1962
İsmayılova Tamara Hacışaban qızı,
Zapalovnaya Yevgeniya Mixailovna, 1940
Rzayeva Rəna Dmitri qızı, 1951
Məmmədova Elvira İvan qızı, 1967
Həşimova Sabina Kərim qızı, 1968
Rodina Jakka Anatoliyevna, 1966
Kuranika Viktoriya Oleqovna,1988
Məmmədova Lüdmila Andreyevna, 1947
Buqlova Varvara Jilijou, 1945