Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Avtomobildə yanaraq ölən Fikrət subay olub - TƏFƏRRÜAT
Yanvarın 12-də Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində maşında yanaraq ölən Fikrət Həsənlinin qonşuları Baku TV-yə danışıblar.
Mərhumun qonşusu Elmira Süleymanzadənin sözlərinə görə, F.Həsənli subay idi:
"Fikrət körpəlikdən burada nənəsi ilə birlikdə yaşayırdı. Hərbi xidmətini başa vurmuşdu, universitetdə oxuyurdu. Sonra nənəsi ağır xəstələndi, Fikrət başqa yerə köçdü, kirayədə qalırdı. Burada olanda nənəsi həmişə ona nəzarət edirdi, işinə vaxtında gedib gəlirdi. Axırıncı dəfə keçən il dostları ilə birlikdə burada olmuşdu. Bir ilə yaxındır ki, gəlmirdi".
Ətraflı süjetdə:

Sumqayıtda səhər saatlarında avtomobildə müəmmalı şəraitdə yanaraq ölən şəxsin kimliyi məlum olub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, KIA markalı avtomobildə ölən şəxs 1986-cı il təvəllüdlü Fikrət Fikrət oğlu Həsənlidir.
Qeyd edək ki, səhər saatlarında şəhərin Kimyaçılar qəsəbəsində KIA markalı, 50-CT-685 dövlət qeydiyyat nişanlı avtomobil və onun içərisində olan bir nəfər yanaraq külə dönüb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.
Sumqayıt şəhərində bir nəfər avtomobildə yanaraq ölüb.
Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, avtomobilin sahibi Rusif Nəzərov bildirib ki, hadisə səhər saat 6 radələrində baş verib.
Avtomobilin alovlandığını görən qonşular yanğına müdaxilə etməyə çalışıblar.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Avtomobildə ölən şəxsin kimliyi hələ ki bəlli deyil. Onun oğurluq məqsədilə avtomobilə daxil olduğu iddia edilir.
Faktla bağlı araşdırma aparılır.
Ətraflı süjetdə:

Sumqayıt şəhərində kişi avtomobildə yanaraq ölüb.
Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən xəbərə görə, KIA markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
