Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Danimarka Arktik ərazilər üzrə Trampla dialoqa hazır olduğunu təsdiqlədi
Danimarka hökuməti Arktik ərazilər üzrə ABŞ-nin yeni administrasiyası ilə dialoqa hazır olduğunu təsdiqləyib.
Oxu.Az-ın "Reuters"ə istinadla verdiyi məlumata görə, bunu Danimarka Xarici İşlər naziri Lars Lökke Rasmussen Yerusəlimdə keçirilən mətbuat konfransında bildirib.
"Amerikalıların Arktikadakı təhlükəsizlik vəziyyəti ilə bağlı müəyyən narahatlıqları var və Danimarka tərəfi də bu narahatlığı bölüşür. Buna görə də (Danimarka) Qrenlandiya ilə sıx əməkdaşlıq şəraitində Vaşinqton tərəfinin qanuni maraqlarının təmin edilməsi məqsədilə ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampla danışıqları davam etdirməyə hazırdır", - deyə krallığın XİN başçısı bəyan edib.
Xatırladaq ki, yanvarın 7-də Tramp bəyan edib ki, Çin və Rusiya təhdidlərindən qorunmaq üçün Qrenlandiya ABŞ-nin tərkibinə daxil olmalıdır. Hələ 2019-cu ildə ilk prezidentlik müddətində o, ABŞ-nin Danimarkanın tərkibində və geniş muxtariyyət hüquqlarına malik olan Qrenlandiyanı ala biləcəyini söyləmişdi.
"Donald Tramp" teqi üzrə xəbərlər
- Direktor: "ABŞ və Ermənistanın imzalayacağı sənədin icrasının hansı səviyyədə olacağı sual doğurur"
- Tramp Kaliforniyada meşə yanğınlarının vurduğu ziyanı nüvə zərbəsi ilə müqayisə etdi
- Trampın keçmiş müşaviri Maskı Ağ Evdən qovacağına söz verdi
- Tramp Putinlə görüşə bilər: Hazırlıqlar aparılır
- Tramp dövründə Azərbaycanı nə gözləyir?
Rəylər