Sumqayıtın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Sumqayıt Regional Qaz İstismarı idarəsi məlumat yayıb.
Bildirilib ki, aparılacaq təmir işləri ilə əlaqədar mayın 8-i saat 10:00-dan işlər yekunlaşanadək Sumqayıt şəhərinin Kotec qəsəbəsi, 26-cı məhəllə, Kimyaçılar qəsəbəsi, Xəzər bağları və Bulvar küçəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Qeyd olunub ki, təmir işləri başa çatdıqdan sonra qazın verilişi bərpa ediləcək.
Qaynar xətt:
(055) 224 12 12