Paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində su borusunun partlaması ilə əlaqədar “Azərsu” ASC-i məlumat yayıb.
Qurumdan Oxu.Az-a verilən məlumata görə, qeyd edilən Suraxanı rayon, Yeni Günəşli qəsəbəsi, ev 129 ünvanı yaxınlığında baş verən hadisə ilə bağlı təlimat verilib:
“Bu barədə yerli Sukanal İdarəsinə məlumat verilib. Ən qısa zamanda tədbir görüləcək”.
15:02
Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində su borusu partlayıb.
Hadisə şahidinin Oxu.Az-a verdiyi məlumata görə, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Qaynar xətti”nə dəfələrlə məlumat verilsə də, məsələ öz həllini tapmayıb.
Suraxanıda içməli su küçələrə axır - YENİLƏNİB + VİDEO
Göndərdi: Cavad Səlimov
Rəylər