Suriyaya cihad adı ilə gedən təkfirçi vəhhabinin daha bir cinayətinin üstü açılıb.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, Suriyada döyüşən bəzi təkfirçi qruplaşmalar özlərinə məxsus saytlarda yeni videogörüntü yerləşdiriblər. Burada bir neçə azərbaycanlı təkfirçinin digər bir şəxsin başını kəsməsi açıq-aydın şəkildə görüntülənib.
Videolentdən göründüyü kimi, təkfirçilər Suriyada digər islamçı qruplaşma kimi tanınan “Tövhid Briqadası” üzvlərindən birinin başını kəsirlər və bu zaman “Allahu-Əkbər” və “La ilahə illəllah” şüarları səsləndirilər.
Həmçinin videolentdən məlum olur ki, hadisə zamanı burada minimum üç azərbaycanlı vəhhabi var. Böyük ehtimal edilir ki, baş kəsənlər azərbaycanlı vəhhabilər, “İraq-Şam İslam Dövləti” (DAİŞ)-ə mənsub silahlılardır.